Hədiyyənizlə gələcək nəsillərə
nəfəs verin!

Ağac hədiyyə et

Təbiətə yeni nəfəs!

Ölkəmizin yaşıllaşdırılmasına yardım etmək istəyənlərin sayı günü-gündən artır. Lakin, hər kəs ağac əkməyə və sonradan ona qulluq etməyə vaxt ayıra bilmir.

Yeninefes.az vasitəsilə siz evinizi və ya iş yerinizi tərk etmədən ağac əkilməsinə qoşula bilərsiz.

Ağac əkilməsi bütün bayramlarda ən gözəl hədiyyə ola bilər – ad günü, toy, uşağın doğulması, yubiley və s.

Hədiyyə etdiyiniz ağaclar uzunömürlülük, ümid və məhəbbət simvoluna çevrilərək gələcək nəsillərə nəfəs verəcək!

Necə işləyir?

1

Sifariş

Siz təbiətimizə 1 və ya bir neçə ağac hədiyyə edə bilərsiz. Ağac əkilməsini hansısa əlamətdar hadisəyə həsr edə bilərsiniz

2

Sertifikat

Sifariş qəbul olunduqdan sonra təsdiq sertifikatı əldə edirsiz. Bu o deməkdir ki, sizin üçün ting ayrılıb və qeyd olunan tarixdə əkiləcək

3

Əkin mərhələsi

Qeyd olunan əkin mövsümündə sizin hədiyyə etdiyiniz ağac əkiləcək və gündəlik qulluq ediləcək

4

Foto və GPS

Əkin həyata keçiriləndən sonra sizin adınızdan əkilmiş fidanın fotosunu və koordinatlarını əldə edirsiz

Ağac hədiyyə et

və ya
Sifariş tarixi: 29.03.2024
Əkin tarixi: 28.10.2023
Ümumi məbləğ: 0 AZN

Bizimlə əkilib

Bakıda Xocəsən gölünün ətrafında 2021-ci ilin oktyabr-noyabr və 2022-ci ilin mart-aprel aylarında, həmçinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 2022-ci ilin oktyabr-noyabr aylarında həyata keçirilmiş əkindən görüntülər

Suallar və cavablar

Ağacların düzgün inkişaf edib boy atması üçün onların düzgün əkilməsi şərtdir. Bu səbəbdən sifarişçilərinin ağacları peşəkar bağbanlar tərəfindən əkilir və mütəmadi qulluq olunur.

Nəzərə almalıyıq ki, əkin vaxtı düzgün müəyyənləşdirilməli, yaz və payız mövsümlərində əkin aparılmalıdır. Bu səbəbdən hədiyyələr ilin bütün fəsillərində qeydiyyata alınır, əkin isə əvvəlcədən müəyyənləşdirilmiş vaxtlarda həyata keçiriləcək.

Əlbətdə! Hər kəs sifariş etdiyi ağacları öz əlləri ilə əkə bilər. Tinglərin düzgün əkilməsi üçün peşəkarlar tərəfindən yerində köməklik göstəriləcək. Əkində iştirak etmək istəyənlər bizimlə əlaqə saxlayaraq yaşıllaşdırılan əraziyə gələ bilərlər.

Sizin etdiyiniz ödənişə tinglərin yetişdirilməsi, müəyyən olunmuş fəsildə onların əkilməsi, xüsusi sistem vasitəsilə suvarılması, 5 il ərzində qulluq edilməsi daxildir.

Yeninefes.az vasitəsilə ağac əkmə layihəsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC tərəfdaşlığı ilə həyata keçirir. Ağac hədiyyə edilməsinin belə ucuz qiymətə başa gəlməsinə görə tərəfdaşlarımıza minnətdarıq ?

Rəylər

Əlaqə məlumatları

Siz təbiətimizə 1 və ya bir neçə ağac hədiyyə edə bilərsiz. Ağac əkilməsini hansısa əlamətdar hadisəyə həsr edə bilərsiniz.


Bizə məktub yaz