İstifadə Şərtləri və Məxfilik Siyasəti
Hörmətli istifadəçi, “Yeni nəfəs” MMC (bundan sonra “bizi”, “biz” və ya “bizim” kimi adlandırılacaq) məxfiliyə, məlumatların qorunması üzrə tətbiq oluna bilən tədbirlərə və şəxsi həyatın toxunulmazlığı haqqında qanunlara əməl etmək öhdəliyi götürür. Siz hər hansı şəxsi məlumatınızı açıqlamadan www.yeninefes.az saytına (“Sayt”) daxil ola bilərsiniz.
Biz, saytımıza daxil olarkən Sizin məlumatlarınızı necə topladığımızı, istifadə etdiyimizi və qoruduğumuzu başa düşmənizə kömək etmək üçün bu İstifadə şərtləri və məxfilik siyasətini hazırlamışıq. Biz Sizə əsaslandırılmış qərar verməyə kömək etmək istəyirik, ona görə xahiş edirik ki, vaxt ayırıb aşağıda verilmiş bölmələrlə tanış olasınız və Sizin şəxsi məlumatlarınızdan necə istifadə edə biləcəyimiz barədə öyrənəsiniz.
Siz saytdan istifadə şərtləri ilə bağlı olaraq bu bildirişi oxumalısınız.
Şəxsi məlumatların toplanması
Online sifariş üzrə hər hansı səhv və ya anlaşmazlığın baş verdiyi halda Biz sifarişi yerinə yetirərkən Sizinlə əlaqə saxlayıb bu nöqsanları aradan qaldıracağıq. Online ödəmə üzrə isə hər hansı səhv və ya anlaşmazlıq baş verdikdə, online ödəmə üzrə Provayder tərəfindən dərhal aradan qaldırılacaqdır. Biz Sizin şəxsi məlumatlarınızı yalnız sizin xəbəriniz olmaqla və razılığınızla toplaya bilərik, və bu bir qayda olaraq, xidmətlərdən istifadə etdiyiniz, müştəri sorğuları göndərdiyiniz, məlumatlar və ya digər xidmətlər almaq üçün qeydiyyata düşdüyünüz və yaxud bizim suallarımıza cavab verdiyiniz zaman baş verir.
Bizim toplaya biləcəyimiz şəxsi məlumatların növlərinə bunlar daxil ola bilər, məsələn, Sizin adınız, telefon nömrəniz, elektron poçtunuzun ünvanı və ya sorğu aparılarkən könüllü toplanmış istənilən digər məlumatlar. Əgər Siz bizə şəxsi məlumatlarınızı təqdim etmək qərarına gəldinizsə, bu məlumatlar onların toplanması zamanı bəyan edilmiş məqsədlər üçün və Sizin qeyd etdiyiniz istənilən xahiş nəzərə alınmaqla istifadə ediləcək.
Siz bizə məlumatlarınızı təqdim etməklə həmin məlumatların bu İstifadə şərtlərinə və məxfilik siyasətinə uyğun olaraq emal edilməsinə razılığınızı bildirirsiniz.
Geri qaytarma siyasəti
Sifariş etdikdən sonra hər hansı xidmətin təmin olunmadığına əsaslı dəlillər mövcud olduğu təqdirdə ödənişin tam olaraq geri qaytarılması ilə bağlı müraciət etmə hüququnu özünüzdə saxlayırsız. Belə olan zaman Biz təqdim etdiyiniz bütün sübutlara diqqətlə yanaşaraq qısa müddətdə araşdırma aparıb həmin dəlilin təsdiqini tapdığı təqdirdə ödənilmiş vəsaitin geri qaytarılmasını təmin etmə öhdəliyini öz üzərimizə götürürük.
İnformasiya təhlükəsizliyi
Nəzərinizə çatdırırıq ki, İnternet vasitəsilə yazışma, məsələn elektron poçtdan/internet poçtdan istifadə, şifrlənmiş olmadıqda etibarlı deyildir. Sizin məktublarınız ünvanına çatanadək bir neçə ölkədən keçə bilər – Dünya Şəbəkəsinin/İntranetin təbiəti belədir. Şirkət şəxsi məlumatlara öz nəzarətindən kənar olan hər hansı icazəsiz daxilolma və ya onun itirilməsinə görə məsuliyyət daşıya bilməz.
Biz şəxsi məlumatların toplanması, saxlanması və açıqlanması ilə bağlı fiziki, elektron və prosedur zəmanətləri veririk. Bizim təhlükəsizlik tədbirlərimiz onu nəzərdə tutur ki, şəxsi xarakter daşıyan məlumatı Sizə verməzdən əvvəl biz vaxtaşırı olaraq Sizin şəxsiyyətinizin müəyyən edilməsi prosedurunu həyata keçirə bilərik.
Məxfilik
Sifariş əsnasında qeyd olunan bank kartı məlumatlarının tərəfimizdən istifadəsi mümkün deyil. Bu fayllardakı məlumatlar sizə məxsus olan məxfi məlumatlardır və bizim sistem bu məlumatları sizin daxil etdiyiniz cihazlarda oxuma və götürmə qabiliyyətinə malik deyil.
İstifadəçi olaraq siz sifariş göndərdikdən sonra məxfi məlumatlarınızı (ödəmə kartı detalları) təqdim edərkən əmin ola bilərsiniz ki, təyin etdiyiniz məlumatların məxfiliyi bizim tərəmizdən tam olaraq təmin olunur. Eyni zamanda qeyd edtmək lazımdır ki, sizə məxsus bütün məxfi məlumatlar TLS sisteminin tələblərinə uyğun olaraq qorunur. Bu məlumatlarlarda qeyd olunan bütün detallar hər hansı data mərkəzdə yerləşdirilməyəcək və hər hansı 3-cü tərəflə paylaşılmayacaqdır. Veb-Saytımız alışlarınız və şəxsi məlumatlarınızın anonimliyini təmin etmək məqsədi ilə bir sıra təhlükəsizlik sistemlərindən istifadə edir. Tərəfimizdən qurulan bu sistemlər sizin sifarişiniz əsnasında qeyd etdiyiniz şifrə (ləri), gizli məlumatların kodlaşdırılmasını, hər bir hala qarşı sürətinin çıxarılmasını, təhlükəli əməliyyatlarda bloklamanı və öncədən xəbərdarlıq mexanizmini özündə ehtiva edir.
Məxfiliyin dəstəklənməsi
Şirkət bu İstifadə şərtlərinin və məxfilik siyasətinin istənilən vaxt və məlumatların qorunması üzrə tətbiq oluna bilən tədbirlərdəki və şəxsi həyatın toxunulmazlığı haqqında qanunvericiliyində dəyişikliklərə cavab olaraq dəyişdirilməsi və ya yeniləşdirilməsi hüququnu özündə saxlayır.